Hazır binadan, yoxsa bünövrədən mənzil almaq - Hansı daha sərfəlidir?
Hazır binadan, yoxsa bünövrədən mənzil almaq - Hansı daha sərfəlidir?
Bakıda və digər böyük şəhərlərdə tikintisi davam edən binalardan mənzil almaq bir çoxları üçün qiymət baxımından sərfəli hesab olunur. Çünki bünövrədən satılan evlər hazır binalardakı mənzillərlə müqayisədə daha ucuz olur.
Rieltor Kənan Hüseynlinin sözlərinə görə, qiymət fərqi təxminən 15-20 faiz təşkil edir:
"Əgər hazır binada 1 kvadratmetr üçün 2 500 manat tələb olunursa, tikintisi davam edən binalarda bu qiymət 1 900-2 000 manat arasında dəyişir. Hazır binalarda kredit şərtləri əsasən 3 ilə qədərdirsə, tikilməkdə olan binalarda daxili kreditlər 10 ilə qədər verilə bilir. Faizlərdə də müəyyən güzəştlər tətbiq olunur. Bu səbəbdən də alıcılar üçün daha sərfəli görünür".
Ekspert bildirir ki, bünövrədən mənzil alan vətəndaş həm də tikintinin gedişini izləyə bilir. Lakin alıcıların əksəriyyəti hazır mənzilə üstünlük verirlər, çünki mənzilə daxil olub baxmaq, təmir işlərini görmək və rahat şəkildə almaq daha cəlbedici görünür.
Əmlak məsələləri üzrə mütəxəssislər isə hesab edirlər ki, bünövrədən mənzil almağın riskləri də var. Belə ki, tikinti şirkətinin işləri sonadək aparıb-aparmayacağı və ya alıcının hansısa problemlə üzləşib-üzləşməyəcəyi öncədən məlum olmur.
Bu səbəbdən mütəxəssislər alıcılara məsləhət görürlər ki, mənzil seçərkən ilk növbədə tikinti şirkətinin etibarlılığını araşdırsınlar, lazım gəldikdə isə hüquqi yardım alsınlar.







Oxşar -Yeniinfo.az
Bu ailələrə pulsuz üç otaqlı ev veriləcək
Elektromobillər bahalaşır - benzinli maşınlar da ucuzlaşmır
Hər gün bir ovuc yeyin: Böyrək daşlarını atmağa kömək edir!
Paytaxtda yaşayış binasında güclü yanğın olub
Azərbaycandan Ukraynaya göndərilən generatorlar İrpinə təhvil verilib
Nəsimi rayonundakı qəzalı evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək?
Alimlər uşaq allergiyaları haqqında məşhur mifi təkzib etdilər
Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində gizlənib - Araşdırma