Telefon
WhatsApp
Heyvan idxalı ilə bağlı yeni qayda: Ət bahalaşacaq?
300 X 250 Reklam Alanı

Azərbaycanda heyvanların daşınması ilə bağlı yeni tələblər tətbiq ediləcək. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, ölkəyə idxal olunan heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır. İstifadə olunan avtomobillər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının "Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi"nin tələblərinə cavab verməlidir.

Yeni info.az-a Axar.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

Yeni qaydaların 2027-ci ildən tam tətbiqi nəzərdə tutulub. Bu müddətədək isə heyvanların uyğunlaşdırılmış avtomobillərdə yalnız bir mərtəbədə daşınmasına icazə verilir. Maksimum yüklənmə norması iribuynuzlu heyvanlar üçün 60, xırdabuynuzlu heyvanlar üçün isə 150 baş müəyyən edilib. Başqa sözlə, ölkəyə diri heyvan gətirilərkən avtomobillərə əvvəlki sayda heyvan yüklənməsinə icazə verilməyəcək.

Qeyd edək ki, Azərbaycanda ətə olan tələbatın bir hissəsi idxal hesabına ödənilir. 2025-ci ildə ölkəyə xaricdən 115 301 baş iribuynuzlu və 306 591 baş xırdabuynuzlu heyvan gətirilib. İqtisadçı Xalid Kərimli hesab edir ki, yeni tələblər idxal qiymətlərinə təsir göstərə bilər:

"Bu dəyişiklik bir baş heyvanın daşınma xərclərini artıracaq. Təbii ki, bu artım idxal qiymətlərinə də təsir edəcək. Satıcılar və idxalçılar logistika xərclərindəki artımı məhsulun maya dəyərinə daxil edəcəklər".

Ekspert əlavə edib ki, diri heyvan idxalının artması fonunda daşıma xərclərinin yüksəlməsi daxili bazarda ətin qiymətində müəyyən artıma səbəb ola bilər. AQTA-dan isə bildirilib ki, yeni tələblər heyvanların sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılma riskinin azaldılması və heyvan rifahının yaxşılaşdırılması məqsədi daşıyır. Qurum sahibkarları fəaliyyətlərini yeni qaydalara uyğunlaşdırmağa çağırıb.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150