Hikmət Hacıyev: "Münaqişənin həllində son nəticəyə gətirib çıxardığına görə Prezident Trampa minnətdarıq"
Hikmət Hacıyev: "Münaqişənin həllində son nəticəyə gətirib çıxardığına görə Prezident Trampa minnətdarıq"
"Mən əvvəllər Vaşinqtona gələrkən həmişə Ermənistan-Azərbaycan münaqişəsi barədə danışırdım. Amma indi mən bu paytaxta tamamilə yeni gündəm mesajı ilə gəlirəm".
Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nyu-Yorkda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji" mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumunda deyib.
"Ancaq bu münaqişə bitdi. Həmçinin fürsətdən istifadə edərək bildirirəm ki, liderlik rolunu öz üzərinə götürdüyünə və bu münaqişənin həllində son nəticəyə gətirib çıxardığına görə Prezident Trampa və bu hökumətə son dərəcə minnətdarıq. İndi bölgədə əsaslı sülh var", - deyə Hikmət Hacıyev qeyd edib.







Oxşar -Yeniinfo.az
Azərbaycan Prezidentinin Əbu-Dabidə Ermənistan Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
Bakıya planlaşdırılan uçuş İrana görə ləğv olundu
Azərbaycan-İsrail biznes forumu keçiriləcək
Bu şəxslərin pensiyası arta bilər
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər çıxılmaz vəziyyətdə
Prezident: Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik
Prezident: Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər
Prezident: "Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli, bəlkə də, bütövlükdə ölkəyə tətbiq edilə bilər"