Hindistan Rusiya nefti idxalını son üç ilin ən aşağı səviyyəsinə endirəcək
Hindistan Rusiya nefti idxalını son üç ilin ən aşağı səviyyəsinə endirəcək
Hindistan dekabr ayında Rusiya neftinin idxalını son üç ilin ən aşağı səviyyəsinə - sutkada təxminən 1,1 milyon barelə qədər azaltmağı planlaşdırır.
Bu barədə "Bloomberg" "Kpler" şirkətinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, azalmaya əsas səbəb Hindistanın ən iri alıcılarından biri olan "Reliance Industries Ltd." şirkətinin Rusiya neftinin alışını müvəqqəti dayandırmasıdır. Noyabr ayında idxal həcmi sutkada təxminən 1,8 milyon barel səviyyəsində qiymətləndirilirdi.
"Kpler" analitikləri bildirirlər ki, dekabrın ikinci həftəsində Rusiyadan Hindistana tədarük sutkada 712 min barelə qədər azalıb, bundan sonra isə cüzi artım qeydə alınıb.
Buna baxmayaraq, ayın yekununda idxal həcmi noyabr göstəricilərindən xeyli aşağı qalacaq.
"Bloomberg" qeyd edir ki, alışlarda fasilə əsasən "Reliance" şirkətinin Qucarat ştatında yerləşən neft emalı zavodu ilə bağlıdır.
Şirkətin 2026-cı ilin əvvəlində Rusiya neftinin alışını bərpa etməyi planlaşdırdığı vurğulanır







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək