Hindistanda dostlar dəyəri 50 min dollardan çox olan nadir yaşıl almaz tapıblar
Hindistanda dostlar dəyəri 50 min dollardan çox olan nadir yaşıl almaz tapıblar
Hindistanda iki dost 50 min dollardan çox dəyəri olan nadir yaşıl almaz tapıb.
Bu barədə "The Sun" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, 24 yaşlı Satiş Hatik və 23 yaşlı Sacid Məhəmməd bu qiymətli daşı Panna regionunda tapıblar. Sözügedən region almaz yataqları ilə yanaşı, yüksək yoxsulluq səviyyəsi ilə də tanınır. Onlar tapdıqları almazı rəsmi şəhər qiymətləndiricisinə təhvil veriblər.
Ekspert Anupam Sinqh daşın həqiqiliyini təsdiq edib. Almazın çəkisi 15.34 karatdır və keyfiyyəti onu ən yüksək zərgərlik kateqoriyasına daxil etməyə imkan verir. Son qiymət dünya bazarındakı cari kotirovkalardan asılı olacaq.
Hindistan qanununa görə, icarəyə götürülmüş torpaqlarda tapılan bütün almazlar dövlətə təhvil verilməli və rəsmi hökumət hərracında satılmalıdır.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək