Honkonqda baş verən dəhşətli yanğın nəticəsində ölənlərin sayı artdı
Honkonqda baş verən dəhşətli yanğın nəticəsində ölənlərin sayı artdı
Honkonqda noyabrın 26-da baş verən böyük yanğın nəticəsində ölənlərin sayı aşkarlanan qalıqların DNT testindən sonra 161-ə çatıb.
"South China Morning Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə polis komissarı Co Çou məlumat verib.
Daha əvvəl hakimiyyət orqanları yanğın nəticəsində 160 ölüm faktını açıqlamışdılar.
"Məhkəmə-tibbi ekspertizası aşkarlanan qalıqlardan daha bir şəxsin DNT-sini aşkar edib. Bu da ölənlərin sayının 161-ə çatması deməkdir. DNT testləri davam edir. Biz digər həlak olanların qalıqlarının tapılacağı ehtimalını istisna etmirik və bu say arta bilər", - deyə o qeyd edib.
Xatırladaq ki, noyabrın 26-da Honkonqun Tai Po rayonundakı səkkiz çoxmərtəbəli yaşayış binasından ibarət "Wang Fuk Court" adlanan yaşayış kompleksində yanğın baş verib. Yanğının söndürülməsi noyabrın 28-dək davam edib. Təxminən 2 000 mənzilin olduğu kompleksdə təqribən 5000 insan yaşayırdı.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək