Honkonqda çikunqunya qızdırmasına yoluxma hallarının sayı 70-ə çatıb
Honkonqda çikunqunya qızdırmasına yoluxma hallarının sayı 70-ə çatıb
Honkonqda (Çin-red.) çikunqunya qızdırmasına daha iki yoluxma halı qeydə alınıb və bu da metropolisdə 2025-ci ildə ümumi yoluxma sayını 70-ə çatdırıb.
Bu barədə yerli səhiyyə mərkəzi məlumat yayıb.
Məlumata görə, bu rəqəm əvvəlki illərdə qeydə alınan ümumi yoluxma hallarının sayından təxminən üç dəfə çoxdur.
Qeyd edilir ki, xarici ölkədən daha iki nəfərdə çikunqunya qızdırmasına yoluxma halı qeydə alınıb. Bu yaxınlarda Çinin materik hissəsinə səyahət edən bir kişi və bir qadın xəstələnib. Son hallar ilin əvvəlindən bəri şəhərdə təsdiqlənmiş ümumi yoluxmaların sayını 70-ə çatdırıb.
Mərkəzin məlumatına görə, ağcaqanad yolu ilə yoluxan infeksiyanın ilk halları 2006-cı ildə (üç hal), 2016-cı ildə (səkkiz hal), 2017-ci ildə (bir hal), 2018-ci ildə (iki hal) və 2019-cu ildə (11 hal) qeydə alınıb. Bu müddət ərzində 25 hal aşkarlanıb ki, bunların hamısı xaricdən gələn insanlarda qeydə alınıb. Bundan sonra 2025-ci ilə qədər Honkonqda çikunqunya xəstəliyinə yeni yoluxma halları qeydə alınmayıb.
Lakin, bu il Honkonqda yoluxma hallarının sayı kəskin şəkildə artıb və bir ölüm hadisəsi - 77 yaşlı kişi qeydə alınıb.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?