Honq Konqda yaşayış kompleksində yanğında ölənlərin sayı 44-ə çatıb, 279 nəfər itkin düşüb - YENİLƏNİB3
Honq Konqda yaşayış kompleksində yanğında ölənlərin sayı 44-ə çatıb, 279 nəfər itkin düşüb - YENİLƏNİB3
Honq Konqda baş verən yanğın nəticəsində ölənlərin sayı 44-ə çatıb.
“South China Morning Post” qəzetinin məlumatına görə, hadisə nəticəsində 279 nəfər itkin düşüb.
Qeyd edək ki, hadisə çərşənbə günü baş verib. Yanğın Vanq Fuk Kort yaşayış kompleksinin bütün səkkiz binasını əhatə edib.
***
22:33
Honq Konqda baş verən yanğın nəticəsində ölənlərin sayı 36-ya çatıb.
Yerli mətbuatın məlumatına görə, daha 279 nəfər itkin düşüb.
Onlarla insan xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
***
16:56
Honq Konqda yaşayış kompleksində yanğında ölənlərin sayı 13 nəfərə çatıb.
Bu barədə Çin mətbuatı məlumat yayıb.
Ölənlərdən biri yanğınsödürəndir.
Xəsarət alanların sayı isə 16 nəfərdir.
***
14:59
Honq Konqda yaşayış kompleksində baş verən yanğın 4 nəfərin həyatına son qoyub.
Xilasetmə tədbirləri davam etdirilir, lakin binaların içərisində qalan sakinlər var.
2 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Yanğınsöndürənlərin içərisində də xəsarət alanların olduğu bildirilir.
Ölü və yaralı sayının artacağı gözlənilir.







Oxşar -Yeniinfo.az
Ən çox pambıq harada istehsal olunur?
ABŞ ilə İran yenidən görüşür - hər şey sülhə doğru gedir
ABŞ-ın bu addımı cinayət və təcavüzdür - Rusiya
Atəşkəs fırtınadan öncəki səssizlikdir - Ekspert
Rusiya Arktikanın bu ərazisini bağlayır - Xəbərdarlıq edildi
Helikopter qəzaya uğradı: bütün sərnişinlər öldü
Rusiya PUA-sı Rumıniyanın hava məkanına daxil oldu
Məmdani Nyu Yorku məhv edir - Tramp