Hörmüz tezliklə açılacaq - Tramp
Hörmüz tezliklə açılacaq - Tramp
ABŞ Prezidenti Donald Tramp strateji əhəmiyyətli Hörmüz boğazının yaxın vaxtlarda gəmiçilik üçün yenidən açılacağı ilə bağlı iddialarını yenidən gündəmə gətirib.
Modern.az Yeni info.az xəbər verir ki, dövlət başçısı bu barədə özünə məxsus “TruthSocial” sosial şəbəkə hesabında paylaşım edib.
Tramp regiondakı hərbi və diplomatik proseslərin gedişatına toxunaraq, boğazın açılmasının an məsələsi olduğunu vurğulayıb.
“Hörmüz boğazı tezliklə açılacaq və boş gəmilər artıq yük götürmək üçün ABŞ-yə axışır”, – deyə o, öz paylaşımında qeyd edib.
Xatırladaq ki, Hörmüz boğazı dünya neft ticarətinin əsas arteriyalarından biri hesab olunur və son hərbi gərginliklər fonunda boğazda gəmiçiliyin təhlükəsizliyi ciddi müzakirə mövzusuna çevrilib.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi