Hörmüz əhəmiyyətini itirir, yeni yollar axtarırıq - Rayt
Hörmüz əhəmiyyətini itirir, yeni yollar axtarırıq - Rayt
Çin Amerikadan neft idxalını artıracaq.
Axar.az Yeni info.az xəbər verir ki, bunu ABŞ-ın energetika naziri Kris Rayt bildirib.
Onun sözlərinə görə, təkcə Çin deyil, digər Asiya ölkələri də Alyaskadan neft almaqda maraqlıdırlar.
Hörmüz boğazındakı vəziyyətə toxunan nazir bildirib ki, bu su yolu əhəmiyyətini itirir və buna görə də Fars körfəzi ölkələrindən enerji ixracı üçün "yeni marşrutlar" hazırlanır. O, xüsusilə Yaxın Şərqdə daha çox boru kəmərinin çəkilməsinin planlaşdırıldığını bildirib.
"Fars körfəzindən enerji resurslarının ixracı üçün başqa marşrutlar da olacaq. Hörmüz boğazının əhəmiyyətinin azaldığını görəcəyik, lakin bu ölkələrdən enerji istehsalı və təchizatının əhəmiyyəti azalmayacaq", - deyə o əlavə edib.
Xatırladaq ki, bu həftə Çinə səfər edən ABŞ Prezidenti Donald Tramp həmkarı Si Szinpinin Amerika neftini almağı düşündüyünü bildirmişdi.







Oxşar -Yeniinfo.az
İranla razılaşdıq, Hörmüz boğazı açıq qalacaq - Tramp
ABŞ və İran razılaşmanın detallarını nə vaxt elan edəcək?
ABŞ xəbərdarlıq etdi: Rusiyadan kütləvi hücum gözlənilir
Putin artıq bunu gizlədə bilmir: Moskvalılar şokdadır...
Ukrayna Rusiyaya güzəştə getməyə hazırdır - Çernev
Rusiya bu şəhəri “Oreşnik”lə vurdu
Kiyevə dəhşətli hücum: ölü və yaralılar var
Pakistanda qatar partladıldı: 24 ölü, 50 yaralı