"Huawei" "Apple"ın məhdudiyyətlərini aşdı
"Huawei" "Apple"ın məhdudiyyətlərini aşdı
Çinin "Huawei" korporasiyası öz cihazları ilə "Apple" qurğuları arasında məlumat ötürülməsini mümkün edən yeni xidməti işə salıb.
Bu barədə "South China Morning Post" nəşri məlumat verib.
Bildirilir ki, "HarmonyOS Interconnect" adlı tətbiq məlumatın naqilsiz ötürülməsini təmin edir. Proqram "iPhone", "iPad", "Mac" kimi "Apple" cihazları ilə "Huawei" qurğuları arasında əlaqə yaratmaq üçün nəzərdə tutulub. Tətbiq artıq "Mac" kompüterləri üçün "App Store"da əlçatandır.
"Huawei" mühəndisləri dəqiqləşdiriblər ki, qarşı tərəfdə faylın göndərilməsi və ya qəbul edilməsi "AirDrop" vasitəsilə həyata keçirilir. "AirDrop" yalnız Apple cihazlarında işləyən texnologiya olsa da, "Huawei" , "Apple" məhdudiyyətlərini aşmağın yolunu tapıb.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək