Həftəsonu Yer kürəsində güclü maqnit qasırğaları gözlənilir
Həftəsonu Yer kürəsində güclü maqnit qasırğaları gözlənilir
Bu həftəsonu Yer kürəsində maqnit qasırğaları gözlənilir ki, gücü G3 (güclü) səviyyəsinə qədər çata bilər.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının Mətbuat Xidmətindən məlumat verilib.
"Sentyabrın 13-14-dən başlayaraq 5 ballıq şkala üzrə 2-ci və 3-cü səviyyəli yeni maqnit qasırğalarının yaranması ilkin olaraq bu həftəsonu gözlənilir", - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, qarşıdan gələn geomaqnit aktivliyi Günəşin görünən tərəfində meydana çıxan böyük ekvatorial tac dəliyi ilə bağlıdır. Bildirildiyinə görə, o görünən Günəş diskinin mərkəzinə çatıb, Yerə doğru istiqamətlənmiş axınlar əmələ gətirir.
Laboratoriyadan həmçinin qeyd edilib ki, sentyabrın ilk 10 günü ərzində qeyri-adi yüksək geomaqnit aktivlik müşahidə olunur ki, bunu da artıq baş vermiş üç planetar miqyaslı maqnit qasırğası sübut edir.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...