Həkim məsləhəti: Kitab oxumağın insan sağlamlığına FAYDALARI
Həkim məsləhəti: Kitab oxumağın insan sağlamlığına FAYDALARI
"Yeni il hədiyyəsi olaraq kitab vermək sevdiyiniz insanın sağlamlığına göstərilən qayğı kimi dəyərləndirilə bilər. Kitab oxumaq beyinə hərtərəfli təsir göstərən unikal idrak məşqidir".
Bunu tanınmış rusiyalı nevroloq Yekaterina Demyanovskaya Gazeta.ru-ya açıqlamasında kitab oxumağın sağlamlığa faydalarından danışarkən bildirib.
"Mütəmadi olaraq bədii ədəbiyyat oxumaq stresin azalmasına kömək edir. Kitabın süjetinə qərq olmaq insanı gündəlik problemlərdən uzaqlaşdırır və kortizol hormonunun ifrazını azaldır. Bu da ürək döyüntülərinin və əzələ gərginliyinin normallaşmasına səbəb olur. Bu vəziyyəti sinir sisteminə çox ehtiyac duyulan rahatlama bəxş edən yumşaq meditasiya ilə müqayisə etmək olar.
Yavaş və düşüncəli oxu prosesi neyron əlaqələrini stimullaşdırır, yaddaşı və diqqəti gücləndirir. Bu isə idrak pozğunluqlarının qarşısının alınmasına kömək edir.
Bədii əsərlərlə tanışlıq zamanı təkcə mətni oxumaq və ya əzbərləmək kifayət etmir - insanlar oxuduqları əsər əsasında öz təsəvvürlərini formalaşdırırlar.
Dərin emosional reaksiya və empatiya yaradan ədəbi əsərlər xüsusilə terapevtik təsirə malikdir. Klassik nəsr, poeziya və çətinliklərin öhdəsindən gəlməyə dair hekayələr beynin şəxsi təcrübələri təhlükəsiz formatda emal etməsinə şərait yaradır. Bu isə emosional zəkanın və psixoloji stresə qarşı davamlılığın inkişafına kömək edir.
Bundan əlavə, müntəzəm olaraq keyfiyyətli ədəbiyyat oxumaq lüğət ehtiyatını zənginləşdirir ki, bu da ünsiyyətin keyfiyyətinə və sosial fəallığa müsbət təsir göstərir".
Həkimin sözlərinə görə, sakit şəraitdə kitab oxumaq sağlam yuxu ritualının bir hissəsinə də çevrilə bilər.







Oxşar -Yeniinfo.az
Azərbaycanla Türkiyə arasında hərbi təhlükəsizliklə bağlı sənəd TƏSDİQLƏNDİ
İlham Əliyev 2026-2030-cu illər üzrə statistikaya dair dövlət proqramını TƏSDİQLƏDİ
Ağdamda 2-ci yaşayış kompleksində 60 bina inşa edilib
Qaradağda avtobuslar toqquşub, 2 nəfər ölüb, 11 nəfər xəsarət alıb - YENİLƏNİB-2
Bu səhər hansı yollarda tıxac var?
Balaca Heydər artıq böyüyüb, iki oğlu var - Sakinlərlə səmimi söhət
İlham Əliyev ad günündə ailəsi ilə birlikdə
Prezident təyyarə qəzasının ildönümü ilə bağlı paylaşım etdi