Həkimlər heyrətə gəldilər: Çinlinin göz qapaqlarında mindən çox gənə aşkarlandı
Həkimlər heyrətə gəldilər: Çinlinin göz qapaqlarında mindən çox gənə aşkarlandı
Çinin Hubey əyalətinin 36 yaşlı sakininin göz qapaqlarında 1 000-dən çox mikroskopik gənə aşkar edilib.
Yeni info.az-a Oxu.Az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.
Məlumata görə, Yuy təxminən yarım il ərzində göz quruluğu, qaşınma və göz qapaqlarında yapışqanlıq hissindən əziyyət çəkib. O, gözlərini tez-tez ovuşdurub və göz damcılarından istifadə edib. Lakin zaman keçdikcə kişinin görmə qabiliyyəti zəifləməyə başlayıb.
Müayinə zamanı çinli kişidə demodekoz blefariti - "Demodex" cinsinə aid gənələrin həddindən artıq çoxalması nəticəsində yaranan göz qapağı iltihabı aşkarlanıb.
Həkim hər gözdən səkkiz kirpiyi müayinə edib və hər bir tük follikulunda səkkiz-doqquz parazitin olduğunu müəyyənləşdirib. Mütəxəssislərin hesablamalarına görə, Yuyun gözlərində ümumilikdə 1 000-dən çox gənə ola bilərdi.
Həkimlər xəstəliyin gözləri davamlı ovuşdurmaq və yataq dəstlərini tez-tez dəyişməmək vərdişi səbəbindən inkişaf etdiyini bildiriblər. Pasiyent yataq dəstlərini üç aydan bir dəyişdiyini etiraf edib.
Kişiyə iltihabəleyhinə terapiya kursu, intensiv işıq müalicəsi prosedurları, həmçinin göz qapaqlarının çay ağacı yağı tərkibli vasitə ilə gündəlik təmizlənməsi təyin olunub.
Oxşar -Yeniinfo.az
Fransa və İspaniyada meşə yanğınları səbəbilə 100 mindən çox insan təxliyə edilib
Yəmən Səudiyyə Ərəbistanında ARAMCO obyektlərinə zərbə endirib
Tramp: "İran danışıqlara daha ciddi yanaşmağa başlayıb"
İtaliyada görülməmiş vəhşilik: Yanan pişiklərlə meşələrə od vurulduğu iddia edilir
Həkimlər heyrətə gəldilər: Çinlinin göz qapaqlarında mindən çox gənə aşkarlandı
İran bu ölkələri xəbərdar etdi: zərbə endirəcək
ABŞ Malayziya səfirini çağırdı
Tramp elan etdi: Bu ziyan İranın hesabına ödəniləcək