Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar
Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar
İsti mövsümdən soyuq mövsümə keçid həmişə orqanizm üçün sınaq olur. Dəyişkən hava, temperatur dəyişiklikləri və immun sisteminə artan yük insanı xüsusilə həssas edir.
Bu barədə "Quanmin jibao" nəşrinə istinadən xəbər verir.
Pekin Ənənəvi Çin Təbabəti Universiteti nəzdində xəstəxananın onkologiya şöbəsinin baş həkimi Çjen Syueçji orqanizmin müdafiə qüvvələrini necə gücləndirmək və soyuq mövsümü xəstəliksiz keçirmək barədə məlumat verib.
Onun sözlərinə görə, soyuq mövsümdə orqanizm aktiv stimulyasiyaya deyil, qayğıya ehtiyac duyur: "İstirahət rejiminə riayət etmək zəruridir: erkən yatmaq və Günəşin ilk şüaları ilə qalxmaq lazımdır. Tam yuxu güclü immunitetin təməlidir".
Qidalanma baxımından mütəxəssis acı qidaları azaltmağı və turşulu qidaları artırmağı məsləhət görüb. Həkim, həmçinin armud, ağ göbələk, üzüm, nar və yemişan istifadə etməyi tövsiyə edib: "Onlar bu mövsüm üçün xarakterik olan dəri və boğaz quruluğu ilə mübarizədə kömək edirlər. Rasionda zülallar (balıq, yumurta, paxlalılar) və C vitamini və sinklə zəngin məhsullar da (kivi, qoz, xurma) olmalıdır".







Oxşar -Yeniinfo.az
Putin Lukaşenko ilə Zelenskinin bəyanatını müzakirə edəcək
Pezeşkiana dedim ki, belə qərarları... - Vuçiç
İranın sosial şəbəkələrinə inanmayın - Vens
Almaniya Rusiya yaxınlığında hazırlığını belə gücləndirir
Rusiya Ukraynada niyə uğursuzluğa düçar olur?
Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Hörmüz əvvəlki kimi olmayacaq - Qalibaf