Həmin şəxslərin pensiyası dayandırılır
Həmin şəxslərin pensiyası dayandırılır
86 yaşlı qadının pensiyası sənədlərdəki kiçik uyğunsuzluğa görə dayandırılıb.
Sənədlərdəki ad və doğum tarixi fərqi onun sosial ödəniş almasına mane olub.
Qadın bildirir ki, illərlə yığılan stajına baxmayaraq, bu xırda səhvə görə ödəniş verilməsi dayandırılıb.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müfadiə Nazirliyindən bildirildi ki, Nərgiz Kərimovanın yaşa görə pensiyası şəxsiyyət vəsiqəsi deaktiv olduğu üçün bu ilin iyul ayından dayandırılıb:
"Dövlət Sosial Müdafiə Fondunun həyata keçirdiyi ödənişlər vətəndaşla münasibətdə şəxsiyyət vəsiqəsinə bağlıdır. Buna görə də qüvvədə olan şəxsiyyət vəsiqəsi olmasa ödənişlərin sistem üzərindən həyata keçirilməsi mümkün deyil".
Mövzu ilə bağlı DİN-dən bildirildi ki, vətəndaş DİN-in baş pasport, qeydiyyat və miqrasiya idarəsinə yaxınlaşıb rəsmi qaydada ərizə ilə müraciət etməlidir. Qadın yaşlı olduğu üçün özü yaxınlaşa bilməsə, ailə üzvləri müraciət edə bilərlər.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu