Hərbçilərə xoş xəbər: Maaş artımı gözlənilir
Hərbçilərə xoş xəbər: Maaş artımı gözlənilir
Azərbaycanda hərbi qulluqçuların əmək haqqı sistemində ciddi dəyişikliklərin hazırlanması ilə bağlı iddialar yayılıb.
Yeni info.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, hazırda hərbçilərin maaşlarının hesablanması mexanizminin yenilənməsi istiqamətində iş aparılır. İddiaya əsasən, yeni sistemdə əmək haqqının müəyyənləşdirilməsində əsas meyar vəzifə deyil, hərbi rütbə olacaq.
Mənbə bildirir ki, dəyişiklik qüvvəyə minərsə, eyni rütbəyə malik hərbi qulluqçular arasında maaş fərqlərinin minimuma endirilməsi nəzərdə tutulur. Bununla yanaşı, xidmət zamanı əldə edilən rütbələrin maddi baxımdan daha çox əhəmiyyət daşıyacağı gözlənilir.
Qeyd olunur ki, hazırkı modeldə maaşın əsas hissəsi tutulan vəzifəyə uyğun formalaşır. Yeni yanaşmada isə rütbənin əmək haqqının hesablanmasında əsas rol oynayacağı iddia edilir.
Məlumata görə, dəyişikliklər yalnız maaşların hesablanması ilə məhdudlaşmaya da bilər. Mənbə bildirir ki, xidmət əlavələri, staja görə ödənişlər və digər təminat mexanizmlərinin də yenidən nəzərdən keçirilməsi müzakirə olunur.
İddialara əsasən, yeni sistemin tətbiqi minlərlə hərbi qulluqçunun aylıq gəlirlərinə təsir göstərə bilər. Lakin məsələ ilə bağlı hələlik rəsmi qərar qəbul edilməyib və aidiyyəti qurumlar tərəfindən açıqlama verilməyib.
Qeyd edək ki, yayılan məlumatlar rəsmi təsdiqini tapmayıb







Oxşar -Yeniinfo.az
Hərbçilərə xoş xəbər: Maaş artımı gözlənilir
Azərbaycan Konstitusiyasında bu söz dəyişdirilir
Sənədsiz evlər üçün amnistiya elan edilsin! - TƏKLİF
Gömrük mallarınızı 1 aydan çox saxlamayacaq
Bu maşınlar 6 ay dövlət mülkiyyətinə keçəcək
Azərbaycanla Ekvador arasında viza tələbi ləğv edilir
Arıqlamaq istəyənlər üçün daha bir təbii yol
Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı