I yarımildə Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub?
I yarımildə Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub?
Bu ilin I yarısında Azərbaycan işğaldan azad olunmuş ərazilərinin (Qarabağ və Şərqi Zəngəzur) yenidən qurulmasına və bərpasına 1 milyard 64,1 milyon manat vəsait yönəldib.
Yeni info.az-a Axar.az istinadən Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,45% azdır.
Məlumata görə, ayrılmış vəsait sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədlərinə uyğun olmaqla, illik nəzərdə tutulmuş vəsaitin 30,4%-i qədər olub.
Həmin vəsaitin 974,1 milyon manatı infrastruktur təyinatlı layihələrinin (avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 489,3 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 371,1 milyon manat, turizm infrastrukturunun yaradılması üçün 67,6 milyon manat, Şuşa, Xankəndi və Laçın şəhərlərində kanat yolunun layihələndirilməsi və tikintisi üçün 15,9 milyon manat, işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin elektrik təchizatla təmin olunması üçün 15,3 milyon manat, magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintinin həyata keçirilməsinə 7,6 milyon manat, sənaye parklarının fəaliyyətinin təşkili və onların ərazisində infrastrukturun yaradılmasına 7,3 milyon manat), 29,8 milyon manatı səhiyyə və mədəniyyət yönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 45,3 milyon manatı ərazilərin minalardan təmizlənməsinə, 14,9 milyon manatı isə müdafiə və hüquq-mühafizə təyinatlı obyektlərin tikintisi və təmiri tədbirləri üzrə xərclərə yönəldilib.
Oxşar -Yeniinfo.az
Düyü və bulqur ən zərərli məhsul elan edildi
Ağdamın kəndlərində baş verən yanğınlar söndürüldü
Qarabağ suvarma kanalında 33 yaşlı kişi batdı
Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi
I yarımildə Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub?
Ədliyyə naziri Lerik rayonunda vətəndaşları qəbul edəcək
Bakıda havada normadan artıq toz müşahidə edilir, sabah günortaya qədər davam edəcək
Baş prokuror Nəsimi rayonunda vətəndaşları qəbul edəcək