Telefon
WhatsApp
II Dünya Müharibəsindən bəri ilk: Yapon hərbçiləri...
300 X 250 Reklam Alanı

İkinci Dünya müharibəsindən bəri ilk dəfə olaraq Yaponiya təxminən 1400 nəfərlik döyüş bölmələrini Filippin ərazisinə göndərib.

Globalinfo.az Yeni info.az-a istinadən xəbər verir ki, bu, ABŞ-la Filippin arasında keçirilən və tarixdə ən iri birgə manevrlər sayılan “Balikatan 2026” təlimləri çərçivəsində baş verib.

Yaponiyanın Quru Özünümüdafiə Qüvvələrinin hərbçiləri Şimali İlokos vilayətindən “Type 88” gəmiəleyhinə raketlərini buraxaraq “BRP Quezon” gəmisini sahildən təxminən 50–75 km məsafədə batırıblar. Bu, həmin raket sisteminin Yaponiyanın hüdudlarından kənarda ilk dəfə olaraq tətbiqi kimi qiymətləndirilir.

Təlimlərə ABŞ və Avstraliya qüvvələri də qoşulub. Manevrlər Cənubi Çin dənizində mümkün dəniz desantının qarşısının alınmasını simulyasiya edir. Çin artıq bu addımları pisləyərək, Yaponiyanın “odla oynadığı”nı bəyan edib.

Təlimlər aprelin 20-dən mayın 8-dək davam edəcək və yeddi ölkədən təxminən 17 min hərbçi iştirak edir.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150