İlham Əliyev Ağdamdan hansı mesajları verdi?
İlham Əliyev Ağdamdan hansı mesajları verdi?
Ağdam şəhərinin tarixində yeni səhifə açılır. Uzun illər işğalın xarabalığa çevirdiyi şəhərə bu gün ağdamlılar qayıdırlar. Bu qayıdış təkcə fiziki deyil, 30 ilə yaxın davam edən böyük ədalətsizliyə verilmiş tarixi cavabdır.
Prezident İlham Əliyev Ağdama qayıdan sakinlərlə görüşdə bildirib ki, şəhərin tamamilə dağıdılması təsadüf deyildi: "Bu, Ermənistan dövlətinin məqsədyönlü siyasəti, bizə qarşı olan düşmənçiliyin bariz nümunəsi idi. Məqsəd də tam aydın idi. Birincisi, talançılıq. Çünki bütün binaların daşları bir-bir sökülərək talan edilmişdir, müxtəlif yerlərdə, Ermənistan ərazisində satılmışdır. Digər tərəfdən, Ermənistan dövləti bu bölgələrdə Azərbaycan xalqının tarixi irsini tamamilə silmək istəyirdi. Ancaq səhv etdilər. Biz, xalqımız bütün bu əzablı illər ərzində bir amalla yaşamışıq ki, öz doğma dədə-baba torpaqlarımıza qayıdaq və qayıdandan sonra bu torpaqları, bu şəhərləri, kəndləri bərpa edək. Azərbaycan xalqı heç vaxt işğalla barışmamışdır".
İşğal illərində ən ağır zərbə təkcə torpaqlara yox, beynəlxalq ədalət anlayışına da vuruldu. Prezident çıxışında açıq şəkildə vurğuladı ki, Ermənistan-Azərbaycan münaqişəsi zamanı Qərbin və beynəlxalq institutların mövqeyi açıq-aşkar ayrı-seçkilik nümunəsi idi.
BMT qətnamələri kağız üzərində qaldı. İşğalçıya qarşı heç bir sanksiya tətbiq olunmadı. Əksinə, Ermənistan müxtəlif mənbələrdən siyasi, maliyyə və hərbi dəstək aldı. Separatçı rejimin nümayəndələri Avropa paytaxtlarında qəbul edildi. ABŞ və Fransada ianə kampaniyaları keçirildi.
Prezidentin sözlərinə görə, bu, beynəlxalq hüququn deyil, ikili standartların işlədiyini göstərirdi.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu