İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib
Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib.
Telefon danışığı zamanı Azərbaycan ilə BƏƏ arasında əlaqələrin dostluq və qardaşlıq xarakteri daşıdığı qeyd olunub. Dövlətimizin başçısının BƏƏ-yə sonuncu səfəri və Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü məmnunluqla xatırlanıb.
Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyannamənin və digər sənədlərin önəmi vurğulanıb, bütün bunların regionda davamlı sülhün, sabitliyin və çiçəklənmənin təmin olunması baxımından əhəmiyyəti qeyd edilib. Bu nəticələrin əldə edilməsində ABŞ Prezidenti Donald Trampın xüsusi rolu yüksək qiymətləndirilib.
Dövlətimizin başçısı əldə olunmuş razılaşmalarda bu ilin iyul ayında Əbu-Dabidə Azərbaycanla Ermənistan arasında keçirilmiş ikitərəfli görüşün əhəmiyyətinə toxunub və buna görə Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana təşəkkürünü bildirib.
Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan əldə olunmuş nəticələr ilə əlaqədar dövlətimizin başçısına təbriklərini çatdırıb və bunun tarixi xarakter daşıdığını qeyd edib.
Telefon danışığı əsnasında Azərbaycan ilə BƏƏ arasında enerji, o cümlədən bərpaolunan enerji sahəsində uğurlu əməkdaşlıq qeyd edilib, qarşılıqlı sərmayələrlə bağlı fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.







Oxşar -Yeniinfo.az
Azərbaycan Prezidentinin Əbu-Dabidə Ermənistan Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
Bakıya planlaşdırılan uçuş İrana görə ləğv olundu
Azərbaycan-İsrail biznes forumu keçiriləcək
Bu şəxslərin pensiyası arta bilər
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər çıxılmaz vəziyyətdə
Prezident: Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik
Prezident: Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər
Prezident: "Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli, bəlkə də, bütövlükdə ölkəyə tətbiq edilə bilər"