İlham Əliyev bu tarixdə İrəvana səfər edəcək - İddia
İlham Əliyev bu tarixdə İrəvana səfər edəcək - İddia
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2026-cı ilin yazında İrəvana səfər edəcəklər.
Bu iddia ilə Ermənistanın “Respublika Uğrunda” partiyasının lideri Arman Babacanyan çıxış edib.
Onun sözlərinə görə, liderlərin gəlişi Avropa Siyasi Birliyi Sammiti çərçivəsində nəzərdə tutulur. O əlavə edib ki, sammitə həmçinin ABŞ Prezidenti Donald Trampın dəvət olunması üçün diplomatik səylər davam etdirilir.
Babacanyan qeyd edib ki, Azərbaycan və Türkiyə liderlərinin sammitdə iştirakı regionda dialoqun güclənməsi və sülhün möhkəmlənməsi baxımından mühüm addım ola bilər.
Qeyd edək ki, sülh prosesi başladıqdan sonra Azərbaycan və Ermənistan liderlərinin qarşılıqlı səfərləri gündəmə gəlsə də, hələ ki buna rəsmi səviyyədə reaksiya verilməyib. Lakin ekspertlər bildirirlər ki, sülh imzalandıqdan sonra sözügedən səfərlərin baş tutuması üçün əngəl qalmayacaq.







Oxşar -Yeniinfo.az
Azərbaycanda UNİKAL TAPINTI: Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkar edilib
Bu il 51 yeni aşkar edilmiş abidə dövlət qeydiyyatına alınıb
Komitə sədri: Azərbaycan mədəniyyətinin tanıdılması dəqiq piar mexanizmləri ilə aparılmalıdır
İlham Əliyev bu tarixdə İrəvana səfər edəcək - İddia
Qazaxıstan Prezidentinin müşaviri: Orta Dəhliz artıq əsas beynəlxalq ticarət marşrutlarından birinə çevrilir
Azərbaycanla Cibuti arasında Nyu-Yorkda viza ilə bağlı saziş imzalanıb
XİN başçısı: Azərbaycanın dini azadlığa sadiqliyi regional sabitlik üçün nümunədir
IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda “Anadolunun qapıları arxasındakı xəzinələr” adlı sərgidə iştirak ediblər