İlham Əliyev: Hər an torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq
İlham Əliyev: Hər an torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq
Vətən müharibəsi dövründə torpaq mənim üçün hər azad edilmiş kəndin timsalında, necə deyərlər, ortaya çıxırdı və hər bir şəhidin şəhid olduğu yer mənim üçün torpaq idi. Hər gün itkilərlə bağlı məlumat alanda hansı hissləri keçirirdim, bunu sözlə demək mümkün deyil.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlət başçısı Vətən müharibəsi dövründə bir neçə dəfə əməliyyatın istiqamətinin dəyişdirilməsinin, müharibənin noyabrın 10-da dayandırılmasının mümkün itkilərin qarşısının alınması ilə bağlı olduğunu qeyd edərək bildirib: "Hər dəfə bayrağımız bir kəndə, şəhərə sancılanda, mənim üçün Azərbaycan məhz o torpaq idi".
Doğma torpaqlarımızın qorunması üçün daim hazır olmağın vacibliyini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: "Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var. Güclü Azərbaycan dövləti var".







Oxşar -Yeniinfo.az
İranla Rusiyanın təzyiqi və Əliyevin cavabı!
Bakının bir sıra yollarında sıxlıq yaşanır
Ağsuda ölümlə nəticələnən ağır qəza baş verib
Azərbaycan döyüş meydanında əldə etdiyi qələbəyə siyasi möhür vurdu
Nəfəs darlığı hansı səbəblərdən yarana bilər? - Kardioloqdan AÇIQLAMA
Həcc ziyarəti üçün qeydiyyatın son tarixi açıqlandı
Dövlət başçısı: Elmi inkişaf etdirmək istəyiriksə, islahatlara getməliyik
Abşeron yarımadasının su-kanalizasiya sistemləri üzrə irimiqyaslı proqram qəbul ediləcək