İlham Əliyev Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirak edib
İlham Əliyev Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
Sonra dövlət başçısı “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində iştirak edən qonaqlarla görüşüb, onlarla söhbət edib.
Söhbət zamanı bu stansiya layihəsinin əhəmiyyəti vurğulanıb.
İtaliya və Çin şirkətlərinin bu layihədə iştirakının önəminə toxunulub. İşlərin qısa müddət ərzində yekunlaşması məmnunluqla qeyd edilib.
Daha sonra “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
Sonra İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Çinin “Dongfang” şirkətinin İdarə Heyətinin sədri Çen Qianq, “AzərEnerji” ASC-nin enerjinin istehsalı operatorunun direktoru Üzeyir Yusifov çıxış etdilər.
Daha sonra Prezident İlham Əliyev və İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso stansiyanın açılışını etdilər.
Prezident İlham Əliyev və qonaqlar Vətən müharibəsi zamanı Ermənistan tərəfindən bu stansiyaya atılan raketin düşdüyü əraziyə baxdılar.
Qeyd edək ki, 2020-ci il oktyabrın 4-də stansiyanın ərazisinə böyük dağıdıcı qüvvəyə malik “Smerç” reaktiv yaylım atəşli raket atılıb. Raket 6-cı və 7-ci enerji bloklarının arasındakı sahəyə düşüb. Bundan başqa, 2020-ci il oktyabrın 11-də ikinci dəfə atılan raket isə İdarəetmə Mərkəzinin yaxınlığına düşüb.
Müvafiq müdafiə sistemlərinin qabaqlayıcı tədbirləri nəticəsində atılmış raketlər zərərsizləşdirilib.
Sonra dövlətimizin başçısı və açılışda iştirak edən qonaqlar stansiyanın ərazisini gəziblər.







Oxşar -Yeniinfo.az
Xronika: "Azərbaycanlılar Ermənistan parlamentində təmsil olunacaqlar"
Aİ-nin təsnifatı əsasında yeni milli “İqtisadi fəaliyyət növləri təsnifatı” hazırlanacaq
Saakaşvili İlham Əliyevi təbrik etdi: “Azərbaycanı qlobal siyasətin subyektinə çevirən lider”
ABŞ Azərbaycana bu missiyaya qoşulmağı təklif edib - Hikmət Hacıyev
Kolumbiya səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb
İlham Əliyev Rusiyadakı bu görüşdə iştirak etməyəcək
İlham Əliyevin Sankt-Peterburqa səfər etməməsinin səbəbləri açıqlandı
Prezidentin Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsinin səbəbləri açıqlanıb