İlham Əliyev Sabirabadda pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
İlham Əliyev Sabirabadda pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Sabirabad Sənaye Məhəlləsində "Taşobası" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub.
2023-cü ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınan "Taşobası" MMC-nin pambıq emalı zavodunda Türkiyə, Almaniya və İtaliya texnologiyalarının tətbiqi ilə mahlıc və texniki çiyid istehsal olunur.
Zavodun layihə dəyəri 3,3 milyon manatdır. Müəssisə ildə 8 min ton mahlıc, 10 min ton texniki çiyid istehsalı gücünə malikdir. İstehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə və ixraca yönəldilir. İndiyədək istehsal edilən məhsulun dəyəri 2,6 milyon manat olan hissəsi satılıb ki, bunun da 2,2 milyon manatı ixracın payına düşür. Zavodda xammal kimi Neftçala, Salyan, Sabirabad və Saatlı rayonlarında yetişdirilən pambıqdan istifadə olunur. Bu isə öz növbəsində pambıq sahələrində 300 nəfərin mövsümi işlə təmin olunmasına şərait yaradır. Ümumilikdə zavodda 80 nəfərlik iş yeri yaradılıb.







Oxşar -Yeniinfo.az
Mikayıl Cabbarov Zeev Elkin ilə görüşüb
Ağ Evdə Azərbaycanla enerji interkonnektorları və data mərkəzlərinin yaradılması müzakirə edilib
SOCAR Qırğızıstanda əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan "Meta" ilə rəqəmsal idarəetmə və innovativ həllərin tətbiqi üzrə əməkdaşlığı müzakirə edib
Suqovuşanda ticarət mərkəzi inşa olunacaq
ADY və Rusiya Dəmir Yolları arasında saziş imzalanıb
Azərbaycanda avtomobil və traktor istehsalında geriləmə
Azərbaycanda doqquz ayda 78 minə yaxın yeni iş yeri açılıb