İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleki qəbul edib.
Yeni info.az AZƏRTAC-a istinadən xəbər verir ki, qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Akın Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.
Qonaq ortaq tarixə, mədəniyyətə və qardaşlığa əsaslanan əlaqələrimizin Azərbaycan və Türkiyə prezidentləri arasında mövcud olan səmimi münasibətlər sayəsində daha da inkişaf etdiyini vurğulayıb.
Türkiyənin ədliyyə naziri dövlətimizin başçısının güclü liderliyi ilə ölkəmizin inkişaf etdiyini deyərək, bu xüsusda Azərbaycanın iqtisadi tərəqqisinə, beynəlxalq nüfuzunun daha da artmasına və tarixi Qarabağ Zəfərinə toxunub.
Akın Gürlek, həmçinin Azərbaycanın bölgədə enerji, bağlantılar, o cümlədən Zəngəzur dəhlizi kimi strateji layihələrin həyata keçirilməsində önəmli rolunu vurğulayıb və Türkiyənin bundan sonra da ölkəmizin yanında olacağını deyib.
Söhbət zamanı bütün sahələri əhatə edən Azərbaycan-Türkiyə qardaşlıq və müttəfiqlik münasibətlərinin uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb. Ölkələrimizin Ədliyyə nazirlikləri arasında səmərəli tərəfdaşlığın qurulduğu bildirilərək, əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.







Oxşar -Yeniinfo.az
Avro ilə bağlı YENİ QƏRAR
Amerkalılar Zəngəzur dəhlizinin keçəcəyi ərazidə oldular
Bakıda Azərbaycan və Serbiyanın hərbi mütəxəssisləri arasında görüş keçirilib
Bakının bəzi küçələrində velosiped və skuter idarə edənlərin təhlükəsizliyi təmin edilib
Azərbaycan Rusiya ilə Samur çayının su ehtiyatlarının bölüşdürülməsini müzakirə edib
Zəngəzur dəhlizi ilə bağlı sənədlər hazırlanır - Nazir
Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar..
İnfarkt və insulta səbəb olan əsas yeməklər