İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik məktubu göndərib.
President.az-a istinadən məktubun mətnini təqdim edir:
"Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı - İnqilab Günü münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Ölkənizin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə həkk olunmuş bu tarixi gün Əlcəzair xalqının müstəqillik və azadlıq əzminin, sarsılmaz iradəsinin, milli birlik və həmrəyliyinin təcəssümüdür.
Azərbaycan ilə Əlcəzairi ənənəvi dostluq və qardaşlıq münasibətləri birləşdirir. Biz bu münasibətlərin inkişafına, əməkdaşlığımızın genişlənməsinə böyük əhəmiyyət veririk.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da birgə səylərimizlə müvəffəqiyyətlə davam edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Əlcəzair xalqına daim əmin-amanlıq və rifah diləyirəm".







Oxşar -Yeniinfo.az
Azərbaycanda gömrüklə bağlı daha bir YENİLİK
Bibiheybət yolunda bərpa işləri aparılır
Əsl təbii şokoladla saxtanı necə ayırd edək?
Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi
Tiflis prospektində yeni qayda: qırmızı işıqda dönmək olar
Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü
Xəzər dənizi üzərində 9 PUA vuruldu
Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?