İlham Əliyevin Qəzza ilə bağlı çıxışı Türkiyə gündəmində
İlham Əliyevin Qəzza ilə bağlı çıxışı Türkiyə gündəmində
Prezident İlham Əliyevin yerli televiziya kanallara müsahibəsində Azərbaycanın Qəzzaya sülhməramlı qüvvə göndərməyəcəyini açıq şəkildə bəyan etməsi yalnız ölkə daxilində deyil, eyni zamanda, Türkiyə ictimaiyyətində də diqqətlə izlənilib və bütövlükdə müsbət qarşılanıb.
Dövlət başçısının bu bəyanatı Türkiyənin sosial media platformalarında və ictimai müzakirə mühitində geniş rezonans doğurur.
Dövlət başçısının bu bəyanatı Türkiyənin sosial media platformalarında və ictimai müzakirə mühitində geniş rezonans doğurub.
Sosial mediada Azərbaycan Prezidentinin mövqeyini təqdir edən xeyli sayta paylaşım edilib.Bu paylaşımlardan və onlara yazılan şərhlərdən aydın olur ki, İsrail-Fələstin məsələsi, eləcə də Qəzza ilə bağlı Azərbaycanın tutduğu mövqeyə əvvəlki tənqidi yanaşmalar xeyli zəifləyib, Türkiyə ictimai fikrində dəyişiklik baş verib.
Liderlik və qətiyyət vurğusu
Sosial şəbəkələrin Türkiyə seqmentində paylaşımların bir hissəsində Prezident İlham Əliyevin adı qətiyyətli liderlik nümunəsi kimi çəkilib. Bəzi şərhlərdə onun açıq və emosiyaya qapılmadan verdiyi cavablar regional liderlər üçün nümunə kimi göstərilib. Sosial şəbəkə istifadəçiləri vurğulayıblar ki, bu mövqe Azərbaycanın suveren qərarvermə qabiliyyətini və müstəqil xarici siyasət kursunu nümayiş etdirir.Xüsusilə “öz maraqlarını hər şeydən üstün tutan dövlət” yanaşması Türkiyə ictimai rəyində anlayışla qarşılanıb və dəstək tapıb.
Ümumilikdə aparılan araşdırma göstərir ki, Prezident İlham Əliyevin Qəzza ilə bağlı səsləndirdiyi mövqe Türkiyə ictimaiyyətində mənfi reaksiya doğurmayıb, əksinə, böyük ölçüdə hörmət və anlayışla qarşılanıb. Bu, bir daha göstərir ki, Azərbaycan–Türkiyə münasibətlərində emosional gözləntilərdən çox, qarşılıqlı suverenlik və milli maraqlara hörmət əsas meyar kimi qəbul olunur.







Oxşar -Yeniinfo.az
Bu şəhərimizdə əsrlər sonra ilk məscid tikiləcək
İlham Əliyev Gürcüstan Prezidenti ilə təkbətək görüşüb
Yağışlı havanın yarada biləcəyi çətinliklər aradan qaldırılır - ADY
Bu əraziyə 1 metr 24 sm qar yağdı
Yağış nə vaxta kimi davam edəcək?
Prezident və xanımı Gürcüstana getdi
Azərbaycanda 3 liman bağlandı
Qusarda sel elektrik dirəklərini dağıtdı