İmişlidə “Promalt” MMC-nin arpa emalı müəssisəsi istifadəyə verilib
İmişlidə “Promalt” MMC-nin arpa emalı müəssisəsi istifadəyə verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də İmişlidə “Promalt” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) arpa emalı müəssisəsinin açılışında iştirak edib.
Müəssisədə pivə istehsalında əsas xammal hesab olunan arpanın xüsusi proseslərdən keçərək mayalanma və fermentasiya üçün hazır vəziyyətə gətirilməsi ilə əldə edilən məhsul - malt istehsal olunacaq. İsveçrənin “Bühler GmbH” şirkətinin müasir texnologiyası əsasında hazırlanmış avadanlıqla təchiz olunan və emal prosesi tam avtomatlaşdırılan müəssisədə ildə 11 min ton arpa istehsal ediləcək.
Müəssisənin investisiya dəyəri 33,2 milyon manatdır.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu, “Azərşəkər” MMC və “Azərsun Holdinq” MMC-nin tərəfdaşlığı əsasında həyata keçirilən layihəyə dövlətin investisiya təşviqi mexanizmi çərçivəsində vergi və gömrük güzəştləri ilə dəstək göstərilib. “Carlsberg Azerbaijan” pivə zavoduna da xammal satışı həyata keçirən müəssisə Cənubi Qafqazda pivəlik arpa səmənisinin emalı üzrə ixtisaslaşmış ilk müasir istehsal obyektidir. Layihə regionda aqrar-sənaye inteqrasiyasını gücləndirməklə yanaşı, texnoloji modernləşmə, daxili bazarın dayanıqlı xammal təminatı, istehsalın lokallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Burada 47 nəfər işlə təmin olunacaq.







Oxşar -Yeniinfo.az
ABŞ Ticarət Palatası: "Azərbaycan iqtisadiyyatı Amerika şirkətləri üçün son dərəcə cəlbedicidir"
Vestasın Qlobal Liderliyi və Azərbaycanın Külək Enerjisində Strateji Tərəfdaşlıq İmkanları
“Moody’s” Azərbaycanda iqtisadi artımla bağlı proqnozunu açıqlayıb
Çindən Orta Dəhliz vasitəsilə ilin ilk qatarı Azərbaycana doğru yola düşüb
Azərbaycandan fındıq alan ölkələr məlum oldu: Rusiya və Almaniya liderdirlər
Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR
Mikayıl Cabbarov Zeev Elkin ilə görüşüb
Ağ Evdə Azərbaycanla enerji interkonnektorları və data mərkəzlərinin yaradılması müzakirə edilib