İndoneziyada avtobus qəzasında 16 nəfər ölüb
İndoneziyada avtobus qəzasında 16 nəfər ölüb
İndoneziyanın Semaranq şəhəri yaxınlığında avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 16 nəfər həlak olub, daha 18 nəfər xəsarət alıb.
Bu barədə dairənin axtarış-xilasetmə xidmətinin rəhbəri "Kompas" nəşrinin "YouTube" kanalının efirində məlumat verib.
"Son məlumatlara görə, ölənlərin sayı artıb, qəzada xəsarət alanlardan biri xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib", - deyə o dəqiqləşdirib.
Axtarış-xilasetmə xidmətinin rəhbəri əlavə edib ki, avtobus Cakartadan Cokyakartaya yüksək sürətlə hərəkət edirmiş, nəticədə yol kənarındakı maneəyə çırpılaraq aşıb. Qəzada xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər və hazırda həkim nəzarətindədirlər.







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq