İnfarkt keçirmiş insanların 90%-də hansı ortaq vərdiş var?
İnfarkt keçirmiş insanların 90%-də hansı ortaq vərdiş var?
"Yuxudan oyandıqdan dərhal sonra fiziki aktivliyin olmaması infarkt keçirmiş insanlar arasında geniş yayılmış vərdişdir".
"Daily Mirror" nəşrinə istinadən xəbər verir ki, bu barədə britaniyalı kardioloq Sana Sadoksay danışıb.
Həkimin sözlərinə görə, müxtəlif yaş və həyat tərzinə malik xəstələrin tarixçələrində, ürəktutmasından əlavə, tez-tez bir ortaq xüsusiyyət aşkar edilib: səhərlər onlar uzun müddət hərəkətsiz qalıblar. Yataqdan qalxdıqdan sonra belə insanlar dərhal oturaq vəziyyət alıblar və telefonlarına "sarılıblar", sonra isə işə gediblər və daha bir neçə saatı oturaraq keçiriblər.
Sana Sadoksay izah edib ki, belə rejim qarın bölgəsində yağın yığılmasına, arterial təzyiqin yüksəlməsinə və ürək-damar sisteminə mənfi təsir göstərən gizli iltihabın yaranmasına gətirib çıxarır.
Kardioloq vurğulayıb ki, bu riskləri sadə səhər aktivliyi vasitəsilə azaltmaq mümkündür. Onun sözlərinə görə, beş dəqiqəlik məşq, dartınma, yüngül qaçış və ya sürətli gəzinti kifayətdir. Belə yüklənmə qan dövranını yaxşılaşdırır, maddələr mübadiləsini aktivləşdirir, qanda şəkər səviyyəsini sabitləşdirməyə kömək edir və ürək üçün əlavə qoruma təmin edir.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək