İnternetdə "qiyamət gününün təyyarəsi"nin unikal fotosu peyda olub
İnternetdə "qiyamət gününün təyyarəsi"nin unikal fotosu peyda olub
"Fighterbomber" "Telegram" kanalı Rusiyanın "qiyamət gününün təyyarəsi" adlandırılan "İl-86" hava idarəetmə mərkəzinin unikal fotosunu yayımlayıb.
Fotoda "İl-86" təyyarəsinin havada yanacaq doldurulduğu an əks olunub. Kadra əsasən, təyyarə yanacaqdoldurma şlanqı vasitəsilə yanacaq alır. Müəllif - "şəkli, sadəcə, nadir yox, çox nadir adlandırmaq olar", - deyə bildirib.
Qeyd edək ki, "İl-86" xüsusi hava komanda məntəqəsidir. O nüvə müharibəsi də daxil olmaqla, genişmiqyaslı münaqişə zamanı yüksəkrütbəli hərbi rəhbərliyin təxliyəsi və qoşunların idarə olunması üçün nəzərdə tutulub. Təyyarə güclü elektron sistemlərlə təchiz edilib və nüvə partlayışının təsirlərinə davamlı konstruksiyaya malikdir.
İnternetdə qiyamət gününün təyyarəsinin unikal fotosu peyda olub







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq