"iPhone 18 Pro" bu rəngdə olacaq
"iPhone 18 Pro" bu rəngdə olacaq
Apple-ın növbəti flaqman modeli olacaq "iPhone 18 Pro" ilə bağlı yeni iddialar ortaya çıxıb.
Modern.az Yeni info.az “Apple Insider” platformasına istinadən bildirir ki, şirkət bu dəfə əsas diqqəti yeni rəng seçimlərinə yönəldir və xüsusilə “Dark Cherry” adlı rəng modelin əsas vizual fərqləndirici xüsusiyyəti olacaq.
Sızdırılan məlumata əsasən, "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" modelləri ümumilikdə dörd rəngdə təqdim ediləcək: "Dark Cherry", açıq mavi, tünd boz və gümüş. Gümüş variantın əvvəlki "iPhone 17 Pro" modelinə bənzəyəcəyi bildirilir, açıq mavi isə mövcud “Mist Blue” tonuna yaxın olacaq. Ən diqqətçəkən dəyişiklik isə əvvəlki sızdırmalarda adı hallanan “Cosmic Orange” rənginin tamamilə ləğv olunmasıdır. Onun əvəzinə Apple-ın daha premium və fərqli görünüş təqdim edən "Dark Cherry" rənginə üstünlük verdiyi iddia olunur. Bu da şirkətin daha cəlbedici və “premium hiss” yaradan dizayn xəttinə keçdiyini göstərir.
Maraqlıdır ki, "Apple" bu rəngi ilk dəfə istifadə etmir. 2025-ci ilin sonlarında şirkət müxtəlif aksesuarlarını, şarj cihazları, kabellər və qoruyucu örtükləri məhz "Dark Cherry" tonunda təqdim etmişdi. Bu isə bəzi analitiklərə görə, əvvəlcədən iPhone dizaynına hazırlıq mərhələsi kimi qiymətləndirilir. Bununla belə, qeyd etmək lazımdır ki, bu məlumatlar hələ rəsmi deyil və "Apple" tərəfindən təsdiqlənməyib. Şirkətin ənənəsinə uyğun olaraq son qərarlar təqdimata yaxın dəyişə bilər.







Oxşar -Yeniinfo.az
Hakan Fidan bu fotonu şərh etdi: Bütün dünyaya mesaj…
Bakıdan Naxçıvana uçan təyyarə reysi təxirə salındı
Ukraynalı uşaqların daha bir qrupu Azərbaycana gəldi
"iPhone 18 Pro" bu rəngdə olacaq
İlham Əliyevin sessiya iştirakçılarına MÜRACİƏTİ
Bakıdan Məkkəyə velisopedlə gedir
Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər
Ceyhun Bayramov Banqkokda səfərdədir