İran 5 ölkəyə xəbərdarlıq etdi
İran 5 ölkəyə xəbərdarlıq etdi
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT-yə və Təhlükəsizlik Şurasına məktublar göndərərək, ABŞ-ın İrana qarşı hücumlar hazırlamaq və həyata keçirmək üçün bir neçə Fars körfəzi ölkəsinin ərazisindən və hava məkanından istifadə etdiyini bildirib.
Modern.az Yeni info.az xəbər verir ki, İravani məktublarda bu ölkələrə Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının daxil olduğunu bildirib.
İran həmçinin bəyan edib ki, BƏƏ ilə bağlı halda, Hörmüz boğazı və Fars körfəzindəki adalar ətrafındakı hədəflərə zərbələr zamanı hərbi aviasiya və pilotsuz uçuş aparatlarından istifadə etməklə hava məkanının birbaşa pozulması baş verib.
Tehran bu ölkələri mehriban qonşuluq prinsiplərinə əməl etməyə və ərazilərinin İrana qarşı istifadə olunmasına yol verməməyə çağırıb, mümkün nəticələrə görə məsuliyyəti onların üzərinə qoyub.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..