Telefon
WhatsApp
İran ABŞ-nin 10 illik güzəşt təklifini rədd edib - Uitkoff danışıqların detallarını açıqladı
300 X 250 Reklam Alanı

İran tərəfi ABŞ ilə aparılan danışıqlarda Tehranın uranı zənginləşdirmək üzrə ayrılmaz hüquqa malik olduğunu bəyan edib".

Bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff "Fox News"a müsahibəsində bildirib.

"Danışıqlara belə başlayan iranlı nümayəndələrə biz də cavab verdik. Dedik ki, ABŞ prezidenti inanır ki, bizim hüququmuz sizi dayandırmağa imkan verir", - deyə o, müsahibədə bildirib. Uitkoffun sözlərinə görə, iranlı diplomatlar onların mövqeyinin razılaşma əldə etmək üçün "başlanğıc nöqtəsi" olacağını açıq şəkildə bildiriblər.

Trampın xüsusi nümayəndəsi həmçinin qeyd edib ki, hərbi əməliyyatlardan əvvəl ABŞ danışıqlar zamanı pulsuz nüvə yanacağı tədarükü müqabilində İrana 10 il müddətinə uranı zənginləşdirməsindən imtina etməyi təklif edib:

"Biz onlarla uranın zənginləşdirilməsi ilə bağlı 10 illik güzəşt barədə müzakirə apardıq və yanacağın pulunu ödəyəcəyimizi dedik. Onlar imtina etdilər".

Uitkoff qeyd edib ki, İran komandası ilə ikinci görüşdən sonra ABŞ nümayəndə heyəti Vaşinqton və Tehranın razılığa gələ bilməyəcəyini anlayıb.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150