İran aktivləri blokdan çıxarılmır - VENSDƏN AÇIQLAMA
İran aktivləri blokdan çıxarılmır - VENSDƏN AÇIQLAMA
Tehranla yeni razılaşma İran aktivlərinin blokdan çıxarılmasını nəzərdə tutmur.
Modern.az Yeni info.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, informasiya məkanında ABŞ və İran arasında ehtimal olunan razılıaşma barədə xeyli sayda etibarsız məlumatlar yayılır.
"Birincisi, İran heç bir pul vəsaiti almayacaq və yalnız razılaşmanı imzaladığına və ya görüşdə iştirak etdiyinə görə heç bir aktiv blokdan çıxarılmayacaq. Razılaşma elə qurulub ki, ilk növbədə, ABŞ və onun müttəfiqlərinin maraqları nəzərə alınsın. Əgər İran öz öhdəliklərini yerinə yetirərsə, o zaman həm onun özü, həm də bütün region iqtisadi fayda əldə edəcək", - Vens yazıb.
O vurğulayıb ki, potensial razılaşma regiondakı vəziyyəti dəyişə və davamlı sülhün bərqərar olması üçün şərait yarada bilər.
ABŞ-nin vitse-prezidenti həmçinin müzakirə olunan razılaşma ətrafındakı şərhlərin bir hissəsini tənqid edib.
"Hələ bir ay əvvəl Donald Trampı tamamilə haqlı olaraq tarixi prezident adlandıran insanlar indi medianın təsdiqlənməmiş xəbərlərinə əsaslanaraq razılaşmanı tənqid edirlər", - o qeyd edib.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək