Telefon
WhatsApp
İran Azərbaycandan bu məshsulun alışını artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycandan İran İslam Respublikasına 14,992 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Yeni info.az-a Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 426 min ABŞ dolları olub.

İrana elektrik enerjisi ixracı 2025-ci ilin eyni aylarındakı göstərici ilə müqayisədə həcm ifadəsində 99 min kVt/saat və ya 0,7%, dəyər ifadəsi ilə isə 3 min ABŞ dolları, yaxud 0,7% artıb.

Eyni zamanda, 2026-cı ilin ilk beş ayında Azərbaycan İrandan 355 min ABŞ dolları dəyərində, 12,498 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 26 min ABŞ dolları və ya 6,8% az, həcm ifadəsində isə 903 min kVt/saat və ya 6,7% azdır.

2026-cı ilin yanvar-may aylarında Azərbaycandan ümumilikdə üç ölkəyə - Rusiya, Gürcüstan və İran İslam Respublikasına 12,513 milyon ABŞ dolları dəyərində 232,993 milyon kVt/saat elektrik enerjisi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan elektrik enerjisi ixracı dəyər ifadəsində 24,8 milyon ABŞ dolları və ya 3 dəfə, həcm baxımından isə 425,1 milyon kVt/saat və yaxud 2,8 dəfə azalıb.

Bundan başqa, bu ilin ilk beş ayında Azərbaycan sözügedən ölkələrdən 3,401 milyon ABŞ dolları dəyərində 71,059 milyon kVt/saat elektrik enerjisi idxal edib. Bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər baxımından 1,4 milyon ABŞ dolları və ya 1,7 dəfə, həcm ifadəsində isə 15,9 milyon kVt/saat və ya 28,9% çoxdur

 

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

Valyuta Məzənnəsi

Yüklənir...