İran Hörmüz boğazından keçən bütün gəmiləri vuracağını bəyan etdi
İran Hörmüz boğazından keçən bütün gəmiləri vuracağını bəyan etdi
"İran Hörmüz boğazından keçməyə çalışan bütün gəmiləri yandıracaq".
Bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müşaviri, general İbrahim Cabbari dövlət televiziyasında çıxışında deyib. Hörmüz boğazının nəqliyyat üçün bağlandığını deyən Cabbari qeyd edib ki, bu addım ABŞ və İsrailin hücumlarına cavab olaraq atılıb. Onun sözlərinə görə, boğazdan keçməyə çalışan gəmilər SEPAH-ın Hərbi Dəniz Qüvvələri və Quru Qoşunları tərəfindən vurulacaq.
Cabbari qeyd edib ki, hazırda neftin qiyməti 82 dollara çatıb və qlobal bazarlarda qiymətlərin daha da yüksələcəyi gözlənilir. O, əlavə olaraq bölgədəki neft boru kəmərlərinin də hədəfə alına biləcəyini deyib və ərazidən bir damla neftin belə çıxmasına icazə verməyəcəklərini bildirib.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi