İran ilk dəfə 22 tonluq raketdən istifadə etdi
İran ilk dəfə 22 tonluq raketdən istifadə etdi
İran ABŞ və İsrail ilə davam edən münaqişənin 16-cı günündə "54-cü Dalğa" əməliyyatının bir hissəsi olaraq "Siccil" ballistik raketlərindən ilk dəfə istifadə edib.
Bu barədə İranın IRIB televiziya kanalı məlumat yayıb.
Qeyd edək ki, "Siccil" İranın ən qabaqcıl bərk yanacaqlı, orta mənzilli ballistik raketi olması ilə diqqət çəkir. Raketin müqəddəs "Qurani Kərim" kktabında adı keçən "Əl-Fil" (Fil fəsli) surəsindən götürülmüşdür. "Əl-Fil" surəsində Allahın Kəbəni dağıtmaq üçün fillərlə gələn Əbrəhə ordusuna qarşı Əbəbil quşlarını necə göndərdiyi təsvir olunur. Bu quşlar ordunun üzərinə "bişmiş gil daşlar" və ya "bərkləşmiş gil daşlar" mənasını verən "siccil" ataraq onu məhv ediblər.
İran bu raketi həm dini məna daşıyaraq, həm də simvolik olaraq onun dağıdıcı gücünü vurğulayaraq "Siccil" adlandırıb.
Raketin texniki xüsusiyyətləri bunlardır:
Növü: Orta mənzilli ballistik raket (MRBM)
Uzunluq: 18,2 metr
Çəki: 22,5 ton
Uçuş məsafəsi: 2000 – 2500 km
Döyüş başlığı: 500 – 1500 kq
Yanacaq: Bərk (iki mərhələli)
Başlatma sistemi: Mobil platforma
İran iddia edir ki, Nətənzdən buraxılarsa, raket təxminən 7 dəqiqə ərzində Tel-Əvivə çata bilər. ("Unikal")







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi