İran növbəti dəfə hədələdi: Sizin üçün cəhənnəmə çevriləcək
İran növbəti dəfə hədələdi: Sizin üçün cəhənnəmə çevriləcək
Hər hansı yeni eskalasiya regionda ciddi nəticələrə səbəb olacaq.
Bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının nümayəndəsi İbrahim Zülfüqari ABŞ Prezidenti Donald Trampın İranın 48 saatı qaldığına dair sözlərini şərh edərkən bildirib.
“Unutmayın ki, aqressiya genişlənərsə, bütün region sizin üçün cəhənnəmə çevriləcək. İran üzərində qələbə illüziyası sizi boğulacağınız bataqlığa aparacaq”, – o vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl də İ.Zülfüqari İran səfirliklərinə və ya diplomatik mərkəzlərinə qarşı hər hansı bir təcavüz halında bölgədəki bütün İsrail səfirliklərinin qanuni hədəf elan ediləcəyini bəyan edib.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi