İran prezidenti: "Bizi zəif zənn ediblər"
İran prezidenti: "Bizi zəif zənn ediblər"
İran Prezidenti Məsud Pezeşkian siyasi və media fəalları ilə görüşündə ölkənin xarici təhdidlərə münasibəti və milli həmrəyliyin əhəmiyyətindən danışıb.
Bu barədə ISNA agentliyinə istinadən məlumat yayıb.
Dövlət başçısı bildirib ki, İran heç vaxt müharibə istəməyib və gələcəkdə də buna can atmayacaq:
"Biz heç vaxt müharibə istəməmişik və axtarmayacağıq. Lakin inqilabın ilk günlərindən düşmənlər sui-qəsd, çevriliş və ölkənin parçalanması üçün çalışıblar".
M.Pezeşkianın sözlərinə görə, bəzi qüvvələr yanlış təhlillərə əsaslanaraq İranın zəif vəziyyətdə olduğunu zənn ediblər və hərbi hücum halında xalqın küçələrə çıxacağına, sistemin dağılacağına ümid bəsləyiblər. O vurğulayıb ki, onun əsas mesajı daim birlik və həmrəylik olub.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...