İran sülhə razıdır - 3 şərt irəli sürüb
İran sülhə razıdır - 3 şərt irəli sürüb
İran ABŞ-İsrail koalisiyası ilə müharibənin başa çatması üçün şərtlər irəli sürüb.
İran İslam Respublikasının Ali Lideri Müctəba Xameneinin hərbi müşaviri Möhsün Rezai Fars xəbər agentliyinə verdiyi açıqlamasında İranın bütün iqtisadi sanksiyalar tamamilə ləğv olunana qədər hərbi əməliyyatları davam etdirəcəyini qeyd edib.
Rezainin sözlərinə görə, Tehran həmçinin tam kompensasiya və ABŞ-ın ölkənin daxili işlərinə müdaxilə etməməsinə dair beynəlxalq zəmanət tələb edir. O, qarşıdurmanın davam etdirilməsi qərarının xalqın, Ali Liderin və silahlı qüvvələrin iradəsindən asılı olduğunu da diqqətə çatdırıb.
Müşavir qeyd edib ki, müharibə şərtlər tam yerinə yetirilənə qədər davam edəcək.
Xatırladaq ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı 28 fevralda başlayıb. Tehran cavab tədbirləri görür və Fars körfəzi bölgəsində vəziyyət gərgin olaraq qalır.







Oxşar -Yeniinfo.az
Tramp Avropa liderləri ilə gizli razılıq əldə etdi
Lavrov Hakan Fidana görə qaydaları belə pozdu
ABŞ Hörmüz boğazında nəzarəti İrana verdi
Ukraynada Su-24M qəzaya düşdü, ölənlər var
Zelenski sabah da Trampla görüşəcək
Fransa və Ukrayna əməkdaşlıq müqaviləsi imzaladı
Müəlliməsi Putinə məsləhət verdi: Özünə sübut etməyə çalış
Sumda partlayış - Hava hücumu xəbərdarlığı elan edildi