İran "Taliban" hökumətindən Böyük Britaniya ilə əməkdaşlıq edən əfqanların siyahısını istəyib
İran "Taliban" hökumətindən Böyük Britaniya ilə əməkdaşlıq edən əfqanların siyahısını istəyib
İran "Taliban" hökumətindən Böyük Britaniya ilə əməkdaşlıq edən əfqanların siyahısını istəyib.
Bu barədə "The Telegraph" mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, İran tərəfi daha öncə Britaniyanın Müdafiə Nazirliyindən sızdırılmış və onlarla əməkdaşlıq edən əfqanların siyahısını nüvə danışıqlarında təzyiq vasitəsi kimi istifadə etmək üçün "Taliban"dan tələb edib.
İslam İnqilabı Keşikçiləri Qvardiyasının (Sepah) vəzifəli şəxsi nəşrə bildirib ki, siyahının tələb edilməsində əsas məqsəd MI6 kəşfiyyat varlıqlarının müəyyənləşdirilməsidir.
"Avropanın İrana qarşı sanksiyaları avqustun sonlarında bərpa olunmazdan əvvəl mümkün qədər çox belə adam tapmaq lazımdır ki, onlardan pərdəarxası sövdələşmələr üçün alət kimi istifadə etsinlər", - başqa bir İran rəsmisi deyib.







Oxşar -Yeniinfo.az
Putin Lukaşenko ilə Zelenskinin bəyanatını müzakirə edəcək
Pezeşkiana dedim ki, belə qərarları... - Vuçiç
İranın sosial şəbəkələrinə inanmayın - Vens
Almaniya Rusiya yaxınlığında hazırlığını belə gücləndirir
Rusiya Ukraynada niyə uğursuzluğa düçar olur?
Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Hörmüz əvvəlki kimi olmayacaq - Qalibaf