İrana qarşı müharibə başa çatıb - Tramp
İrana qarşı müharibə başa çatıb - Tramp
İrana qarşı aparılan hərbi əməliyyatlar demək olar ki, yekunlaşıb. ABŞ qüvvələri planlaşdırılan qrafikdən daha sürətlə irəliləyir və əməliyyatların əsas mərhələsi artıq başa çatmaq üzrədir.
Bu barədə ABŞ Prezidenti Donald Tramp "CBS Nyus" telekanalına müsahibəsində deyib.
Tramp bildirib ki, Vaşinqton İslam Respublikasına qarşı əməliyyatlarda ilkin planlaşdırılan müddətdən bir neçə həftə irəlidədir.
O qeyd edib ki, ABŞ administrasiyası əvvəlcə əməliyyatların 4–5 həftə davam edəcəyini nəzərdə tutsa da, proses gözləniləndən daha sürətli gedir.
“Düşünürəm ki, müharibə böyük ölçüdə artıq başa çatıb. Onların nə donanması, nə rabitə sistemi, nə də hərbi-hava qüvvələri var”, – deyə Tramp vurğulayıb.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi