İranda bir sıra yağışlar fəsadlara səbəb olub
İranda bir sıra yağışlar fəsadlara səbəb olub.
İranda güclü yağışlar bir sıra fəsadlara səbəb olub. Leysan xüsusilə İlam ostanına ciddi ziyan vurub. Bundan bir qədər əvvəl ölkədə bir qrup insan quraqlığın aradan qalxması, yağış yağması üçün dua etmişdi. Hazırkı daşqınlar da bununla əlaqələndirilir.
Bu, nə dərəcədə əsaslıdır? Dində belə bir anlayış mövcuddurmu?
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev deyib ki, islamda quraqlıq olduğu zaman yağışın yağması üçün müsəlmanların birgə namaz qılıb dua etmələri tövsiyə olunur.
O bildirib ki, ümumiyyətlə, dua insanın həyatında mühüm yerə sahibdir:
“Allah Qurani-Kərimdə buyurur: “Duanız olmasaydı, nə dəyəriniz olardı.” Ayədən də göründüyü kimi, dua insanın dəyər ölçüsüdür. Bunun üçün də insan dua etməyi kiçik görməməli, özünü Allaha daima möhtac bilməlidir. Hansı ölkədə olmasından asılı olmayaraq, duanın gücünə inanmaq şərtdir. Bu əməlin açmadığı bağlı qapı yoxdur. Bunlardan biri də yağışın yağması üçün edilən duadır”.
İlahiyyatçı Mədinə şəhərində Ğaməmə adlı bir məsciddən də söz açıb:
“Onun mənası bulud deməkdir və bu cür adlandırılmasının səbəbi yağış yağmadığı zaman həmin yerdə Allah Rəsulu (s) və səhabələrin birgə etdiyi dua olub. İsti hava şəraitində Allah Rəsulu (s) bayram namazlarını açıq havada qılarkən bir bulud parçası ona kölgəlik salarmış. İstənilən halda və bütün dinlərdə dua mühüm bir ibadət hesab olunur”.
Qeyd edək ki, noyabrın 15-də yüzlərlə insan paytaxt Tehranın şimalında cəmi iki həftəlik suyu qalan məscidə toplaşaraq yağış duasını edib. Bəziləri dua edərkən göz yaşlarına boğulub.
Xatırladaq ki, rəsmilərin dediyinə görə, İranda son 5 ildə ölkə daxilində yağıntıların miqdarı əhəmiyyətli dərəcədə azalıb.







Oxşar -Yeniinfo.az
Nəsimi rayonundakı qəzalı evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək?
Alimlər uşaq allergiyaları haqqında məşhur mifi təkzib etdilər
Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində gizlənib - Araşdırma
Gün işığı yoxdursa, D vitamini qida ilə təmin oluna bilər?
Bolqarıstanda Şuşa parkı salınacaq
Amerika kəşfiyyat təyyarələri İran sərhədi yaxınlığında uçuşlar edib
Uraldakı Azərbaycan diasporunun rəhbəri qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib
Vensin “erməni soyqırımı" ilə bağlı paylaşımı ABŞ-da qalmaqal YARADIB