İranda etiraz aksiyalarını təşkil etməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb
İranda etiraz aksiyalarını təşkil etməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əməkdaşları İranda etiraz aksiyalarını təşkil etməkdə şübhəli bilinən 15 nəfəri saxlayıblar.
Bu barədə "Tasnim" agentliyinə istinadən xəbər verir.
İran hökumətinin versiyasına görə, onlar ABŞ və İsrailin kəşfiyyat xidmətlərinin dəstəyi ilə fəaliyyət göstəriblər.
SEPAH-ın məlumatına görə, saxlanılan şəxslər İranın cənubundakı Hörmüzgan əyalətində məscidlərin və seminariyaların yandırılmasında iştirak ediblər.
Onlar, həmçinin dövlət və şəxsi əmlakın məhv edilməsində, ictimai asayişin pozulmasında, cəmiyyətdə qorxu və təşviş yaradılmasında, habelə hərbi obyektlərə hücumlarda ittiham olunurlar.
Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.
İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq