İranda etirazlar silahlı qarşıdurma mərhələsinə keçib
İranda etirazlar silahlı qarşıdurma mərhələsinə keçib
İranda etiraz aksiyaları silahlı qarşıdurma mərhələsinə keçib.
Etirazçılar təhlükəsizlik qüvvələrinin hərəkətinin qarşısını almaq üçün şəhərlərin girişlərində yanan barrikadalar qurur, bəzi qruplar isə avtomat silahlarla silahlanıb.
Ölkənin cənub-qərbində yerləşən yaşayış məhəllələrində atəş səsləri eşidilir. Əhvaz şəhərində bir neçə mülki şəxsin yaralandığı bildirilir.
Yanğın barrikadaları səbəbindən təhlükəsizlik qüvvələrinin hadisə yerinə çatmaqda çətinlik çəkdiyi qeyd olunur. Mehəllat şəhərində yol polisi postu və polis avtomobili yandırılıb, etirazçılardan birinin polis əməkdaşlarına qarşı əl istehsalı olan alovsaçanla hücum etdiyi bildirilir.
İlam vilayətində öldürülmüş etirazçının dəfn mərasimi zamanı “İslam Respublikasına ölüm” şüarları səsləndirilib. Bundan bir gün əvvəl İranın ali rəhbəri iğtişaş iştirakçılarına qarşı sərt tədbirlərin görülməsinə çağırış edib.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək