İranda Xəzəryanı dövlətlərin bölgə rəhbərlərinın toplantısı keçiriləcək
İranda Xəzəryanı dövlətlərin bölgə rəhbərlərinın toplantısı keçiriləcək
Noyabrın 18-19-da İranda Xəzəryanı ölkələrin sahilyanı vilayət rəhbərlərinin görüşü keçiriləcək.
Görüş Gilan vilayətinin Rəşt şəhərində "Xəzər- dostluq və regional inkişaf körpüsü" devizi altında baş tutacaq.
Tədbirdə beş Xəzəryanı dövlətin (Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan) nümayəndələri iştirak edəcəklər.
İran Xarici İşlər Nazirliyinin Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Kazım Qəribabadinin sözlərinə görə, iki gün davam edəcək görüşdə iştirakçılar iqtisadiyyat, investisiya və regional inkişaf, tranzit, logistika və Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, eləcə də ətraf mühit, balıqçılıq və Xəzər dənizi ekosisteminin bərpası mövzularında keçiriləcək üç ixtisaslaşmış panel iclasında fikir mübadiləsi aparacaqlar.
Tədbirdə rəsmi şəxslərlə yanaşı, Xəzəryanı dövlətlərin İranda fəaliyyət göstərən diplomatları, eləcə də iş adamları və biznes strukturlarının nümayəndələri də iştirak edəcəklər. Azərbaycanı tədbirdə Xəzər dənizi sahilində yerləşən rayonların rəhbərləri - Neftçala rayonunun icra başçısı Mirhəsən Seyidov və Lənkəran rayonunun icra başçısı Taleh Qaraşov təmsil edəcəklər.
Toplantının iştirakçılarından biri olacaq İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu bildirib ki, ötən il Azərbaycanda keçirilən tədbirdə növbəti görüşün İran ərazisində keçirilməsi qərara alınıb. Onun sözlərinə görə, bu cür toplantıların təşkili qonşu ölkələr arasında əlaqələrin genişlənməsi prosesinə ciddi dəstək verir və bütün region dövlətlərinin maraqlarının təmin olunmasına xidmət edir.







Oxşar -Yeniinfo.az
Azərbaycan Prezidentinin Əbu-Dabidə Ermənistan Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
Bakıya planlaşdırılan uçuş İrana görə ləğv olundu
Azərbaycan-İsrail biznes forumu keçiriləcək
Bu şəxslərin pensiyası arta bilər
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər çıxılmaz vəziyyətdə
Prezident: Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik
Prezident: Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər
Prezident: "Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli, bəlkə də, bütövlükdə ölkəyə tətbiq edilə bilər"