Telefon
WhatsApp
İranın keçmiş prezidenti və sabiq xarici işlər nazirinin həbs xəbəri yayıldı
300 X 250 Reklam Alanı

Sosial mediada yayılan təsdiqlənməmiş məlumatlara görə, İranın keçmiş prezidenti Həsən Ruhani və sabiq xarici işlər naziri Cavad Zərif saxlanılıblar, daha sonra isə ev dustaqlığına buraxılıblar.

Bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

Bildirilir ki, "Cedal" verilişində siyasi ekspert qismində qonaq olan radikal mühafizəkar millət vəkili Əbülqasem Cərare və ekstremist "Paydari" cəbhəsinə yaxın olan tanınmış fundamentalist Meysəm Nadi Həsən Ruhani və Məhəmməd Cavad Zərifin bir neçə gün əvvəl həbs olunduğunu iddia ediblər. Onlar amerikalılar və israillilərlə əməkdaşlıq etməkdə şübhəli bilinirlər.

Lakin Həsən Ruhaninin ətrafındakı məlumatlı mənbə onun həbs olunması barədə xəbəri təkzib edib. Bu barədə "On News Media" xəbər portalı məlumat yayıb.

"Asrkhabar" portalı isə məlumatlı mənbəyə istinadən Məhəmməd Cavad Zərifin saxlanılması barədə şayiələri təkzib edib. Mənbə qeyd edib ki, bu cür feyk xəbərlərin yayılması cəmiyyətdə parçalanma yaratmağa yönəlib. Portalın məlumatına görə, yaxın vaxtlarda Həsən Ruhaninin ofisi bu məsələ ilə bağlı rəsmi bəyanat yayacaq.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150