İranın yeni xəritəsi cızılır – Cənubi Azərbaycanın taleyi kürdlərin əlində?
İranın yeni xəritəsi cızılır – Cənubi Azərbaycanın taleyi kürdlərin əlində?
Bu mövzu yeni deyil. Bu barədə Azərbaycanda dəfələrlə yazılıb, xəbərdarlıqlar edilib, mümkün ssenarilər müzakirə olunub. İndi isə eyni narahatlıq ABŞ analitik mühitində açıq şəkildə ifadə olunur. Bu artıq fərqli mərhələdir. Çünki məsələ regional müzakirədən çıxaraq beynəlxalq strateji gündəmə daxil olur.
ABŞ-da fəaliyyət göstərən analitik platforma “Geopolitical Monitor”-da yayımlanan “The Syrian Clock Is Ticking in West Azerbaijan” (“Qərbi Azərbaycanda Suriya saatı işləyir”) adlı məqalə bu baxımdan sadəcə fikir deyil. Bu, prosesin təsviridir. Məqalənin ilk tezisi bunu açıq şəkildə ifadə edir
“The ongoing war in Iran is rapidly producing a new political and military geography inside the country.” (İranda davam edən müharibə ölkə daxilində yeni siyasi və hərbi coğrafiya formalaşdırır.)
Bu artıq ehtimal deyil. Bu, baş verənlərin diaqnozudur. Məqalənin mərkəzində qoyulan sual isə daha sərtdir: “What happens to the territories of Azerbaijanis in Iran if a Kurdish armed corridor consolidates from the Iraqi border westward toward the Turkish frontier?” (Əgər İraq sərhədindən Türkiyə sərhədinə doğru uzanan kürd silahlı dəhlizi formalaşarsa, İrandakı azərbaycanlıların yaşadığı ərazilərin taleyi necə olacaq?)
Məqalədə açıq yazılır:“…a corridor… connecting toward the Turkish frontier.” (“Türkiyə sərhədinə doğru uzanan dəhliz formalaşa bilər.”)
Və daha sərt: “…would directly sever the geographic chain…”
(“Bu, mövcud coğrafi əlaqəni qopara bilər.”) Bu artıq strateji məsələdir.
“Maku… is the tripoint of Iran, Turkey, and Azerbaijan.” (“Maku (İranın Qərbi Azərbaycan ostanında şəhər, Maku şəhristanının inzibati mərkəzi.) İran, Türkiyə və Azərbaycanın kəsişmə nöqtəsidir.”) Kürd silahlı qrupları bu kimi strateji nöqtələri soydaşlarımızdan təmizləməyə çalışa bilərlər. Bu təhlükə son dərəcə realdır…
Bu kimi iddialar artıq ssenarinin mövcudluğunu göstərir. Bu, nəzəri ehtimal kimi deyil, mümkün inkişaf xətti kimi təqdim olunur. Məqalə bu prosesi izah etmək üçün Suriya modelinə istinad edir və orada baş verənlərin təsadüf olmadığını göstərir: “The northern Syria precedent offers a possible template. When the Assad state collapsed in the northwest, the YPG did not wait. It moved.” (Şimali Suriya presedenti mümkün model təqdim edir. Şimal-qərbdə dövlət zəiflədikdə YPG gözləmədi, hərəkət etdi.)
Burada əsas prinsip açıqdır. Gözləyən tərəf xəritədəki yerini itirir. Hərəkət edən tərəf isə xəritəni öz xeyrinə dəyişir, təbii ki, başqalarının hesabına.
Məqalənin ən kritik nəticələrindən biri isə demoqrafik faktorla bağlıdır: “Demographic composition proved insufficient to prevent territorial consolidation by armed actors.” (Demoqrafik üstünlük silahlı qüvvələrin ərazi nəzarətini ələ keçirməsinin qarşısını ala bilmədi.)
Bu cümlə bir reallığı təsdiqləyir. Say üstünlüyü siyasi nəticə yaratmır. Güc və təşkilatlanma isə yaradır. Dünyanın fərqli bölgələrində bunun dəfələrlə şahidi olmuşuq.
mübadiləsinə getdi və Naxçıvanla Türkiyə arasında qısa, lakin həyati əhəmiyyətli sərhəd formalaşdırıldı.
Bu xətt sonradan da davam etdi. Müasir mərhələdə Türkiyə Azərbaycanla birlikdə Qarabağ məsələsində hərbi və siyasi balansı dəyişdi və regionda yeni reallıq formalaşdırdı.
Bu baxımdan Ankara üçün əsas prinsip dəyişməz qalır. Türkiyə ilə Azərbaycan arasında hər hansı tampon zonanın formalaşması, xüsusilə PKK ilə bağlı strukturların belə bir dəhliz yaratması qəbul edilə bilməz.
Eyni məntiq Bakı üçün də keçərlidir. Azərbaycan dövləti regionda öz strateji maraqlarına zidd olan ssenarilərin reallaşmasına kənardan baxan aktor kimi qalmaz.
Burada daha geniş geosiyasi məntiq də var. Cənubi Azərbaycan üzərindən Türkiyə ilə birbaşa quru əlaqəsinin formalaşması potensialı mövcuddur. Belə bir ssenari yalnız regionun siyasi xəritəsini deyil, həm də mövcud nəqliyyat və dəhliz layihələrinin, məsələn, Zəngəzur dəhlizinin əhəmiyyətini yenidən müəyyən edə bilər.
Bu isə o deməkdir ki, məsələ yalnız lokal təhlükəsizlik problemi deyil. Bu, regionun gələcək geosiyasi arxitekturasının necə qurulacağı məsələsidir.
Əgər bu prosesə vaxtında təsir edilməzsə, sabah artıq xəritə dəyişmiş olacaq və o xəritə danışıqlar masasında deyil, meydanda yazılacaq.







Oxşar -Yeniinfo.az
Əhmədbəyli-Füzuli-Şuşa yolu ödənişli oldu
21 yeni peşə təhsili mərkəzi tikiləcək
Metroda qatar sayı artırıldı
Mənzildən istifadə hüququ hansı hallarda dövlət qeydiyyatına alına bilər?
Bu ölkə ilə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq
Azərbaycan bu ölkə ilə münasibəti bərpa edir
Sözün sehri ilə: Mübariz Yunusun poeziya gecəsi
İlham Əliyev Cevdet Yılmazı qəbul etdi